"Yeni şəxsiyyət vəsiqələri üzərindəki çipi oxuyan qurğulardan 2500-nün artıq bu gündən dairə seçki komissiyalarına paylanılmasına başlanıb". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
R.Qasımov deyib ki, əlavə 3 minə qədər çip oxuyan qurğudan isə 1500-nə də artıq lazımi proqram yüklənib, gün ərzində 1500 çip oxuyan qurğusuna da proqram yüklənəcək: "Çip oxuyan qurğuların gətirilməsi davam edir. Qarışdakı 3 gün ərzində bu proses başa çatacaq və bələdiyyə seçkiləri ilə bağlı səsverməyə qədər bütün məntəqələr çip oxuyan qurğularla təmin olunacaq".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB