“Adekvat” partiyası Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərini Qarabağ nizamlanması məsələlərini müzakirə etməyə dəvət edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Adekvad” partiyasının sədri Artur Danielyan öz Facebook səhifəsində elan edib.
Partiya sədri xarici işlər naziri Zohrab Mnasakanyanı Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə etməyə çağırıb. Sədr Artur Danielyan öz Facebook səhifəsində Qarabağ münaqişəsinin həlli məsələlərinin müzakirəsi ilə əlaqədar Ermənistanın xarici işlər nazirini partiyanın ofisinə dəvət edib.
Görünür, “Adekvat” partiyası sədrinin timsalında Ermənistan cəmiyyəti Dağlıq Qarabağ məsələsinə görə narahatdır və partiya sədrinin XİN rəhbərini partiyanın ofisinə dəvət etməsi təsdiq edir ki, Dağlıq Qarabağ məsələlərinin müzakirəsinə ermənilər özləri ehtiyac duyur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB