“Azərbaycan Ermənistan münasibətlərinin 2019-cu ilin yekunlarında hansı şəkildə irəliləməsi ilə əlaqədar yekdil formada istinad edə biləcəyimiz çox ciddi bir mənbə var. O da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Bratislavada ATƏT-in minsterialında ermənistanlı həmkarı ilə görüşlə bağlı verdiyi açıqlamadır”. Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, bu görüş çərçivəsində çox vacib məqamlar var. Bu məqamlardan biri də ondan ibarətdir ki, 2009-cu ildən bu tərəfə danışıqlar yenilənmiş Madrid Prinsipləri əsasında aparılır: “Burada birinci maddə İşğal altında olan 7 rayonun Azərbaycan nəzarətinə qaytarılmasıdır. Eləcə də orada Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün Dağlıq Qarabağ azərbaycanlıları öz yurdlarına qayıtması hökmən qeyd edilir. Danışıqların bu prinsiplər üzərində getməsinə Ermənistan etiraz etmir. Lakin Ermənistan tərəfi onu da bildirir ki, hazırki vəziyyətdə münaqişə hər hansı konkret sənəd üzərində müzakirə olunmur”.
M.Əhmədoğlu qeyd edib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun bəyanatında Azərbaycanın lehinə, Ermənistanın əleyhinə fərqli məqam var: “Bu da ondan ibarətdir ki, məhz görüşün getdiyi vaxtda Ermənistan tərəfi Lavrov planını ortaya atıb. Yəni, Lavrov planı ilə yenilənmiş Madrid prinsiplərindən fərqləri ondan ibarətdir ki, Madrid prinsiplərində qeyd olunur ki, orada tənzimləmə başlayanda Dağlıq Qarabağın statusu Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı ilə müəyyən olunmalıdır. Lavrov planı isə mərhələli həllə söykənir. Birinci mərhələdə 7 rayon Azərbaycana qaytarılır. Həmin rayonlardan olan məcburi köçkünlər öz yurdlarına qayıdır və yollar açılır. Dağlıq Qarabağın statusunun müəyyən olunması isə qeyri-müəyyən müddətət təxirə salınır. Belə demək olar ki, statusu müəyyən olunmur. Bu o deməkdir ki, ermənilər hazırda 2009-cu ildə qəbul edilmiş prinsiplərlə müzkirə edilən variantı daha təhlükəli hesab etdikləri üçün Lavrovun mərhələli vartiantını gündəmə gətirirlər. Azərbaycan da bunun əleyhinədir”.
Politoloq sonda isə vurğulayıb ki, eyni zamanda yaxın zamanlarda Dağlıq Qarabağ tənzimləməsində deyil, ümumilikdə regionda çox ciddi proseslər başlayıb: “Bu da kommunikasiya uğrunda savaşdır. Yəni Dağlıq Qarabağ münaqişəsi regionunda çoxdandır ki, kommunikasiya mübarizəsi gedir, lakin indi bu mübarizə açıq şəkildə üzə çıxa bilər. Bu da ondan ibarətir ki, Rusiya üçün Mehri dəmir yolunun çəkilməsi həyati əhəmiyyət kəsb edir. Əgər Rusiya Mehri dəmir yolunu işə salmasa, Suriyada qazandığı uğurlar hamısı müvvəqqətdir və bir neçə il sonra əlindən çıxa bilər. Bu səbəbdən Rusiya Mehri dəmir yolunu açacaq, lakin bu dəmir yolunun açılması İranın və Türkiyənin maraqlarını sıxışdıracaq. Bütün bu məsələlər hər biri Ermənistanın üzərində fokuslanacaq. Düşünürəm ki, 2020-ci ildə dəmir yolunun açılması uğrundakı mübarizə Ermənistanı həddsiz zəiflədəcək. Ermənistanı ciddi dövlət kimi beynəlxalq aləmdə qəbul edən dövlətlərin sayı xeyli azalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB