Erməni deputat cinayətkar çıxdı də Moskvada həbs edildi

Ermənistan parlamentinin sabiq deputatı Moskvada həbs olunub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Parlamentinin keçmiş deputatı, "Un fabrikindən Levik" ləqəbli Levon Sarkisyan Moskvada həbs edilib.

Məlumatda qeyd olunur ki, Sarkisyan 10 il əvvəl gömrük xidmətinin rəhbəri Armen Avetisyanın evinə hücum etməkdə şübhəli bilinib və 1 oktyabr 2018-ci ildən Ermənistan polisi tərəfindən axtarışa verilib. O, Ermənistan Respublikasının Cinayət Məcəlləsinin “Mütəşəkkil dəstə tərəfindən əmlak oğurluğu məqsədilə törədilən soyğunçuluq” və “Cinayət icmasında iştirak etmə” maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Sarkisyan iki çağırış zamanı 2000-ci illərdə Respublika Partiyasının deputatı olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...