Əli Kərimlinin Tural Qarayev yalanı ifşa olundu FOTOFAKT

Fuad Qəhrəmanlının qızını döymək istəyən şəxs Müsavat və REAL partiyalarının, həmçinin “AXH” və D18 hərəkatlarının qatı müdafiəçisidir

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına qarşı güc tətbiq edən şəx barədə ilginc məlumatlar əldə olunub. SİA xəbər verir ki, cəbhəçilərin sədr müavininin 14 yaşlı qızına hücum edərək, onu döymək istəyən şəxsin - Tural Qarayevin Əli Kərimli tərəfindən “hakimiyyətin adamı” kimi ictimai rəyə sırınması yalanı çox çəkməyib. Məlum olub ki, T.Qarayev digər müxalifətçi, sabiq daxili işlər naziri, hazırda AMDP-nin sədri olan İsgəndər Həmidovun tərəfdarıdır. Artıq sosial şəbəkələrdə onun İ.Həmidovla səmimi şəkli də ictimailəşib.

Tural Qarayevi təxribata çəkənlər kimlərdir?

Lakin digər maraqlı məqam da budur ki, T.Qarayev sosial şəbəkələrdə özünü Müsavatın, REAL-ın, eləcə də D18 hərəkatının tərəfdarı kimi də təqdim edib. Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək mümkündür ki, F.Qəhrəmanlının qızına hücum edərək, onu döyməyə çalışan şəxsin bu hərəkətləri planlaşdırılmış təxribatdır və onu bu təxribata təhrik edənlərin İ.Həmidovun da üzvü olduğu “AXH” olması istisna edilə bilməz. Çünki bu qurumun son toplantılarında AXCP və “Milli Şura” ittiham edilib, o cümlədən bildirilib ki, Əli Kərimli “AXH”nin fəaliyyətinin qarşısını almaq üçün əlində olan bütün imkanlarından maksimum şəkildə istifadə edəcək. Bu baxımdan, T.Qarayevin İ.Həmidova yaxın olması, habelə özünü Müsavatın, REAL-ın, D18 hərəkatının qatı tərəfdarı kimi təqdim etməsi təxribatın bu qurumlar tərəfindən də planlaşdırılması ehtimalını artırır. Çünki “AXH” kimi, Müsavat və REAL partiyalarının da AXCP sədri Ə.Kərimli və “Milli Şura”nın sədri Cəmil Həsənli ilə münasibətləri düşmənçilik səviyyəsindədir.

Xatırladaq ki, T.Qarayev bəlli əməlinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində məhkəmənin qanunun tələb etdiyi müvafiq qərar verilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə