"Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb"

Artıq bir neçə seçki məntəqəsinə baş çəkmişik. Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb. Seçkilər mütəşəkkil, demokratik və şəffaf şəraitdə keçirilir. SİA-nın verdiyi məlumata görə, bu fikirləri 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Estoniya parlamentinin deputatı Yanus Marrandi deyib.

O qeyd edib ki, müşahidələr zamanı heç bir anlaşılmazlıq və ya pozuntu qeydə alınmayıb. Bir çox məntəqələrdə veb-kameraların quraşdırılması isə Azərbaycanda demokratik, azad seçkilərin beynəlxalq normalara uyğun olduğunu göstərir.
Y.Marrandi seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə