Millət vəkili: “Prezidentin səfəri əməkdaşlığa yeni impuls verəcək” AÇIQLAMA

Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iclasda iştirak edib.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Musa Qasımlı deyib ki, Soçidə keçirilən görüş böyük önəmə malikdir: “Prezident İlham Əliyevin Soçiyə səfəri və toplantı çərçivəsində keçirdiyi görüşlər böyük əhəmiyyət daşıyır. İştirakçı ölkələrin hamısı ilə (Ermənistan istisna olmaqla) Azərbaycan dövlətinin yaxşı, qarşılıqlı faydaya əsaslanan əlaqələri vardır. Bu səfər həmin əməkdaşlığa yeni impuls verəcək”.

Qeyd edək ki, Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalandı.

Müəllif: Ceyhun Rasimoğlu
loading...