Kitabı küçədə qoydu, 68 avro cərimələndi!

Parisdə bir qadın kitabını küçədə qoyub getdiyi üçün onu 68 avro məbləğində cərimələyiblər. Qadın daha sonra bu haqda sosial şəbəkələrdə məlumat verdiyi üçün pul cəzasını ləğv ediblər.

Lenta.ru saytı xəbər verir ki, Qvenel adlı qadın kitab mağazasından oxumaq üçün aldığı kitabı geri qaytarıb. Amma bu zaman oxunmuş kitablar üçün nəzərdə tutulan rəfi görmədiyi üçün kitabı kənar bir yerə qoyub. Bundan öncə qadın oxuduğu bir sıra kitabları sonradan mağazaya qaytarırdı. Amma bu dəfə kitabı yerə qoyduğu üçün polis onu saxlayıb. Fransız qadına zibili ictimai yerdə qoyub getdiyi üçün cərimə yazıblar. Xəbərdə qeyd olunur ki, Parisdə səkilərə siqaret kötüyü atanlar da analoji şəkildə cəzalandırılır. Radiostansiyanın xəbərinə görə, Qvinel baş vermiş insidentlə bağlı sosial şəbəkədə yazıb.

Hadisəyə media da reaksiya verəndən sonra yerli qurumlar işə qarışıblar və qadının cəriməsi ləğv olunub. Cərimə “yanlışlıq” olaraq qeydiyyata düşüb. Paytaxtın Tvitter səhifəsində isə hadisə ilə bağlı aşağıdakıları yazıblar: “Bu, yanlışlıqdır. Paris kitabları və kitabı paylaşanları sevir. Biz cəriməni ləğv edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...