Bu gün Ümumdünya öpüş günüdür

Bu gün öpüşmək istəyənlərin bayramıdır. SİA-nın xəbərinə görə, öpüş günün vətəni Böyük Britaniyada sayılır. Belə ki, iyulun 6-sı Ümumdünya Öpüş Günü kimi qeyd olunması (World Kiss Day və ya World/International Kissing Day) ilk olaraq britaniyalıların ağlına gəlib. Dünyanın 60-dan çox ölkəsində həvəskarlar tərəfindən keçirilən qeyri-rəsmi beynəlxalq bayram günündə dünyanın müxtəlif şəhərlərində öpüş müsabiqələri keçirilir.

Amerikalı A.Volfram 1990-cı il sentyabrın 15-də Minnesotada keçirilən festivalda 8001 nəfəri öpüb. O, hər 3,6 saniyədən bir kimisə öpüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə