Qızılcadan ölənlərin sayı 72 nəfərə çatdı

Samoada qızılca xəstəliyindən ölənlərin sayı 72 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hökumət tərəfindən açıqlanan məlumatda xəstəliyə tutulanların sayının 5 min nəfərə çatdığı vurğulanır.
Qeyd edək ki, bundan əvvəl 4 min 400 nəfərin xəstəliyə yoluxduğu 65 nəfərin isə dünyasını dəyişdiyi qeyd edilmişdi. Ölənlərin əksəriyyətinin 4 yaşa qədər olan uşaqlardır. Samoanın Səhiyyə Nazirliyi tərəfindən oktyabrın 16-dan ölkədə epidemiyanın olduğunu açıqlayıb. Ölkədə vaksinasiya işləri aparılır. Artıq əhalinin 93 faizinə xəstəliyə qarşı vaksin vurulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə