Uğuru cərrahiyyə əməliyyatı və... - MİNNƏTDARLIQ

Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətin bütün sektorlarında böyük irəlləyişlərin şahidi olduq. Ölkədə yaradılmış sabitliyin səbəb olduğu iqtisadi inkişaf insanların gələcəyə olan ümidini tez bir zamanda reallaşdırdı, təhsilimiz, səhiyyəmiz tərəqqi əldə etdi, savadlı gənclər yetişdi, onların sədası ölkə hüdudlarını aşdı.

Ölkə Prezidenti İlham Əliyevin, o cümlədən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycanda minlərlə təhsil və səhiyyə ocaqları tikilib insanların istifadəsinə verilib. Məhz yaradılmış şəraitin nəticəsidir ki, bu gün ölkə xaricində müalicə alan xəstələrin sayı gün-gündən azalır, vətəndaşlarımız sağlamlıqlarını daha çox yerli həkimlərimizə etibar edirlər.

... Bu yaxınlarda Şirvan şəhəri, Sahib Zeynalov küçəsi 2, mənzil 43-ün sakini İsayev Yaqub Sahib oğlu şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün Bakı şəhəri Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə üz tutur. Xəstəxana müayinəsindən çıxandan sonra məlum olur ki, xəstəliyi ağırlaşıb və təcili müdaxilə lazımdır. Sonrası da bəllidir...

Yaqub kişi ilə palatada görüşdük, ayaq barmaqları amputasiya olunduğu üçün yeriməkdə çətinlik çəkirdi. Amma özünü yaxşı hiss edirdi. Yaqub kişi sağlamlığına qovuşduğuna görə ilk öncə Tanrıya çükür etdi, sonra onu əməliyyat edən Cəmallədin hakimə minnətdarlığını bildirdi: "Kim deyir ki, bizdə savadlı həkimlər yoxdur? Var, həm də çox savadlı. Məni əməliyyat edən Cəmaləddin Kosayev həm savadlı, həm də təmənnasız insandır. Xəstəxananın baş həkimi Yusif həkimə də minnətdaram. Hər ikisi çox alicənab, eyni zamanda həkimlik andına sadiq insanlardır. Onu da qeyd etməliyəm ki, əməliyyatı təmənnasız etdilər. Qoy Tanrı onları nəzərində saxlasın, heç vaxt çətinlik çəkməsinlər".

Yaqub kişinin ailə üzvləri də Azərbaycan dövlətinə, həkimlərə öz minnətdarlığını bildirirlər və ümid edirlər ki, ailəni ağsaqqalı tezliklə sağalacaq, ailəsinə qovuşacaq.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...