Qəbizlikdən azad olmaq istəyirsinizsə...

Həkimlərin fikirinə görə, düzgün olmayan qidalanma və azhərəkətli həyat tərzi müasir insanlarda qəbizliyin əsas səbəbləridir. Beləliklə, qəbizlikdən azad olmaq istəyirsinizsə, qidalanmanıza fikir verin və daha hərəkətli olun. Bəzi idman növləri və fiziki hərəkətlər qəbizliklə mübarizədə xüsusilə effektlidir.

1. Qaçış

Hər gün ən azı 30 dəqiqə ərzində qaçışla məşğul olun. Qaçış zamanı bütün əzələlər işləyir, qan dövranı və bağırsaqların fəaliyyəti yaxşılaşır.

2. Press üçün fiziki hərəkətlər

Qarın əzələlərini möhkəmləndirən istənilən fiziki hərəkətlər bağırsaqların fəaliyyətinə müsbət təsir edir.

3. Pilates

Pilates məşğələlərində istifadə olunan bir çox hərəkətlər qəbizliklə mübarizə etməyə kömək edir.

4. Yoqa

Stress, gərginlik qəbizliyin inkişafına təkan verir. Yoqa insanın sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir, daxili gərginliyi azaldır. Həmçinin yoqa məşğələlərində istifadə olunan hərəkətlər bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

5. Göbək rəqsi

- Göbək rəqsi qəbizlikdən əziyyət çəkənlərə yaxşı kömək edə bilər. Dalğavari hərəkətlər bağırsaqların fəaliyyətinin yaxşılaşmasına kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə