Bahalı və ucuz dərmanlar. Fərq nədədir?

Heç kim xəstələnmək istəmir. Tək ona görə yox ki, bu çox xoşagəlməz haldır, həm də ona görə ki, dərmanlar olduqca bahalıdır. Lakin insanların bir çox hissəsi bilmir ki, bahalı dərmanların (onlara həm də "brend preparatlar", "firma dərmanları" deyilir) daha ucuz analoqları var. Onları "jeneriklər" adlandırırlar. Brend dərmanların qiymətinə reklam və marketinqlə bağlı olan xərclər, patent, müxtəlif kliniki sınaqların keçirilməsi və s. daxildir. Bahalı dərmanların daha mürəkkəb istehsalat texnologiyası da (yeni, qabaqcıl avadanlıq və s.) onların qiymətinə təsir edir.

Təbii ki, brend dərmanların jeneriklərlə müqayisədə müəyyən üstünlükləri var. Onlar daha yaxşı təmizlənir, onların tərkibinə bəzi əlavələr daxil edilir, onların bəzi yanaşı təsirləri yoxdur, allergik reaksiyalara daha az hallarda səbəb olurlar, bəzən daha tez təsir edirlər və s.

Ucuz dərmanların üstünlüyü isə ondan ibarətdir ki, bu dərmanların saxtalaşmasına az rast gəlinir ("sərfəli" deyil). Bahalı dərmanların isə çox tez-tez saxtalarını istehsal edirlər ki, bu müasir farmasevtik sənayedə və tibbdə artıq böyük bir problemə çevrilib. Aşağıda biz bəzi bahalı brend dərmanların və onların ucuz analoqlarının siyahısını sizə təqdim edirik (brend dərmanların adları birinci gedir). Bu siyahı, təbii ki, tam deyil.

Nurofen - İbuprofen, İbufen

Mezim - Pankreatin

Panadol - Parasetamol

Bepanten - Pantoderm, Depantol

Fastumgel, Bıstrumgel - Ketoprofen

Voltaren - Diklofenak

Amiksin - Levomaks

Kavinton - Vinposetin

Omez, Qastrozol - Omeprazol

Diflükan, Flükostat - Flukonazol

Zoviraks - Asiklovir

Lioton gel - Heparin mazı

İmodium - Lopedium, Loperamid

Lazolvan - Ambroksol

Zantak - Ranitidin

No-şpa - Drotaverin

Panangin - Asparkam

Ksimelin, Otrivin - Qalazolin

Aspirin Upsa - Asetilsalisil turşusu

Pirasetam - Nootropil

Lamizil (krem) - Terbinafin

Flemoksin - Amoksisillin

Sumamed - Azitromisin

Preduktal - Trimetazidin

Trixopol - Metronidaxol

Troksevazin - Trokserutin

Enap - Enalapril

Maksideks - Deksametazon

İstənilən dərman preparatı xəstəyə yalnız həkim təyin edə bilər. Lakin həkim sizə hər hansı dərman təyin etdikdə, bu dərmanın daha ucuz analoqun olub-olmaması haqqında həkimə və ya aptekdə işləyən farmasevtə sual verə bilərsiniz.

Mənbə: www.eurolab.ua

Bütün xəbərlər Facebook səhifəmizdə