Binədə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

Xəzər Rayon İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Binə bələdiyyəsində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

Rayon icra hakimiyyətindən bildiriblər ki, aksiya zamanı 271 qəsəbə sakini pulsuz olaraq terapevt, ginekoloq, dermatoloq, pediatr və oftalmoloq həkimin baxışından, ultrasəs və exokardioqrama müayinələrdən keçib.

Müayinə tədbirlərinin rayonun Buzovna, Şağan, Mərdəkan, Şüvəlan, Qala, Türkan və Zirə qəsəbələrində də keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə