Qida zəhərlənməsi daha çox nədən baş verir?

Bu ilin 8 ay ərzində Klinik Tibbi Mərkəzin (KTM) Yoluxucu şöbəsinə qida zəhərlənməsi ilə bağlı 92 müraciət daxil olub. SİA-nın xəbərinə görə, şöbənin müdiri Gülnarə Babayeva bildirib ki, ötən müddət ərzində ümumilikdə 724 nəfər müxtəlif kəskin mədə-bağırsaq, həmçinin yoğun bağırsaq diaqnozu ilə müayinə-müalicə alıb.

Onun sözlərinə görə, son 8 ayda 13 botulizm halı qeydə alınıb.

Yay mövsümündə qida zəhərlənmələrinin daha çox baş verdiyini deyən G. Babayeva bildirib ki, qida zəhərlənməsi halları əsas səbəbi hazır qidaların düzgün saxlanılmaması olub: “Bunların arasında müxtəlif xamalı, mayonezli salatlardan, tomatla hazırlanmış, soyuducuda düzgün saxlanmamış yeməklərdən, qarpız, yemiş və digər meyvələrdən olan zəhərlənmələr üstünlük təşkil edir. Bu müddət ərzində qida zəhərlənmələrindən ölüm halı baş verməyib. Qarşıdan payız-qış mövsümi gəlir, bu müddətdə insanlar daha çox turşulara, konservləşdirilmiş məhsullara üstünlük verirlər. Vətəndaşlara məsləhət görərdik ki, ev şəraitində hazırlanmış konservləşdirilmiş məhsullardan istifadə edilməsin”.

Müəllif: Nailə Məhərrəmova
loading...