ABŞ məlumat itkisinin sayına görə liderdir

"InfoWatch" informasiya təhlükəsizliyinin təmini üzrə həllər istehsalçısının məlumatına əsasən, 2016-cı ildə dünya miqyasında ələ keçirilmiş fərdi məlumatların sayı iki dəfə artıb. Ekspertlərin hesablamalarına görə, 2016-cı ilin birinci yarısında məxfi informasiya itkilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artıb. Altı ay ərzində 1 milyarddan çox fərdi məlumat ələ keçirilib ki, bu da ötənilki nəticədən çoxdur.

ABŞ məlumat itkisinin sayına görə liderdir: 2016-cı ilin yanvar-iyununda 451 belə hadisə qeydə alınıb ki, bu da fərdi məlumat itkisinin ümumi sayının 54 faizi deməkdir. Rusiya qeydə alınmış 110 məlumat itkisi ilə ikinci pillədə qərarlaşıb. Üçüncü pillədə isə Böyük Britaniya (39 məlumat itkisi) qərarlaşıb.

"InfoWatch" şirkətinin araşdırmasına əsasən, məlumat itkisinin 66 faizi daxili səbəblər üzündən olub. Məlumat itkisinin 33 faizi kənar hücumlar səbəbindən qeydə alınıb, amma belə hücumlardan dəymiş zərərin həcmi əvvəlki kimi yüksək qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə