Al, bu da sənə moda?..

Model moda nümayişində çılpaq sinəsini çay stəkanları ilə örtdü...

...Paris Moda Həftəsi zamanı keçirilən moda nümayişində model bədənini çay stəkanları ilə örtdü.

Paylaşım amerikalı jurnalist və dizayner Kristen Batemanın İnstaqram hesabında dərc edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, model köhnə paltarların təkrar emalı üzrə ixtisaslaşmış İsveç moda brendi Hodakova-nın şousunda podiuma çıxıb.

O, tamaşaçılar qarşısına ağ mini şortlarda və çılpaq sinəsi çay stəkanları ilə örtülmüş şəkildə görüntülənib.

Yeri gəlmişkən, fevral ayında məşhur Britaniya televiziya aparıcısı Conatan Ross və ssenarist Ceyn Qoldmanın qızı Honi Ross London Moda həftəsinə alt paltarı olmadan açıq-saçıq don geyinərək qatılmışdılar.

Al, bu da sənə moda?..

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə