Diqqət: Həyatda məqsədi olan insanlar daha çox yaşayırlar

Uzun müddət davam edən araşdırmalar nəticəsində məlum olub ki, həyatda bəlli bir məqsədi olan insanlar daha çox yaşayırlar. "Psychological Science" jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, qarşılarına məqsəd qoyub yaşayan və o məqsədə çatmaq istəyən insanlar özlərinə yaxşı baxırlar və nəticədə daha çox yaşayırlar. Amerikalı və Kanadalı alimlərin ortaq araşdırmaları nəticəsində yaşları 20 ilə 75 arasında olan 7 mindən çox adamın ağılları və fiziki vəziyyətləri araşdırılıb. 14 il davam edən araşdırmalar nəticəsində məlum olub ki, qarşısına məqsəd qoyan insanlar yaşıdları ilə müqayisədə daha çox yaşayırlar. Bu vəziyyət insanın yaşı ilə təqaüdçü olub-olmaması ilə əlaqədar deyil. Carleton Universitetinin psixologiya bölümünün əməkdaşı Patrik Hill insanların çox yaşaması üçün özlərinə böyük hədəflər seçməsini və o hədəflərə çatmaq üçün əllərindən gələni etməsini məsləhət görür.

Bütün xəbərlər Facebook səhifəmizdə