FHN liftdə qalan 4 nəfəri xilas edib

Fövqaladə Hallar Nazirliyi liftdə köməksiz vəziyyətdə qalan 4 nəfəri xilas edib. SİA FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ, Nizami və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə