Dönərxanada zəhərlənmə baş verib

Bakının Nizami rayonu Babək prospekti 65 ünvanında yerləşən dönərxanada zəhərlənmə baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, zəhərlənmədən 5 nəfər zərər çəkib.

Onların ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var. Zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...