Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə “Ballı” şadlıq evinin qarşısında olub.

81 yaşlı Qurbanov Elman toy məclisindən çıxaraq yolu keçən zaman onu “Opel” markalı taksi vurub.

Nəticədə E. Qurbanov hadisə yerində ölüb. Sürücü saxlanılıb.

Hadisə yerinə Binəqədi rayonunun əməkdaşları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə