24 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Oğuz rayonunda 24 yaşlı qadın sirkə turşusundan zəhərlənib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə əlamətləri ilə rayonun Padar kənd sakini, 1994-cü il təvəllüdlü Nuranə Rafiq qızı Məhərrəmova daxil olub.

Müayinə zamanı onun yaşadığı ünvanda hələlik bilinməyən səbəblərdən sirkə turşusu içdiyi məlum olub. N.Məhərrəmovaya ilkin tibbi yardım göstərilib və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, N.Məhərrəmovanın 3 azyaşlı övladı var. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə