Ağstafa sakini özünə xəsarət yetirib

Ağstafa rayonunda yaşlı kişi özünə xəsarət yetirib. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1936-cı il təvəllüdlü Sadıxlı kənd sakini Paşayev Xaliddin Məhəmməd oğlu bıçaqla boğazı kəsilmiş halda xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan X.Paşayevin vəziyyətinin hazırda ağır olaraq qaldığı bildirilir. Yaxınları onun ruhi xəstə olduğunu və yaşadığı evdə özünə xəsarət yetirdiyini bildiriblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 10-da Sumqayıt şəhərində 34 yaşlı ruhi xəstə özünü binadan atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...