Bakıda ikinci sinif şagirdi dərs zamanı ölüb

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə şagird dərs zamanı vəfat edib. SİA-nın məlumatına görə, bu barədə məktəbdən bildirilib.

“Böyük təəssüf hissi ilə nəzərinizə çatdırıram ki, məktəbimizin II "ğ" sinif şagirdi 12.06.2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu bu il sentyabrın 24-də saat 16:40 radələrində vəfat edib. Şagird özünü narahat hiss edən anda dərhal ona ilk tibbi yardım göstərilib, lakin təəssüf ki, kömək etmək mümkün olmayıb”- deyə, məktəbdən bildirilib.

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbi tibbi-ekspertizanın rəyindən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə