Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xələc kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Sərvər Ağabəy oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...