İmişlidə motosikilet minik avtomobili ilə toqquşub

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında Şəkər zavodu yaxınlığında qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə motosikiletin toqquşması nəticəsində, motosikldə olan İmişli sakinləri, 1975-ci il təvəllüdlü Səfərov Elşən Tahir oğlu və 1986-cı il təvəllüdlü Zərbəliyev Fərman Alisiyavər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə