Bakıda velosiped 6 yaşlı uşağı vuraraq xəstəxanalıq edib. SİA-nın verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Atıcılıq yaşayış massivində yaşadığı evin həyətyanı sahəsində 2012-ci il təvəllüdlü Bağırova Nigar Teymur qızı oyun oynayarkən onu velosiped vurub. Uşaq müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə