Şəkidə zəncirvarı yol qəzası olub

Dünən Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində “VAZ 2104” markalı 45 BG 042, “Daewoo Nexia” markalı 99 AC 765 və daha bir “Daewoo Nexia” 99 NV 541 dövlət nömrə nişanlı minik avtomobillərinin toqquşması ilə nəticələnən zəncirvarı yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəzadan sonra xəsarət alan iki nəfər - Mingəçevir şəhər sakinləri olan 1974-cü il təvəllüdlü Əhsan Əvəz oğlu Zamanov və 1985-ci il təvəllüdlü Altay Muxtar oğlu Məmmədov Mingəçevir şəhər xəstəxanasına aparılıblar. Xəsarət alan 2001-ci il təvəllüdlü Şəki rayonu Qoxmuq kənd sakini Fərid Aruz oğlu Cavadov, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Aqşin Həsrətəli oğlu Qurbanov, Aqşinin həyat yoldaşı 1996-cı il təvəllüdlü Elnarə Əli qızı Qurbanova və onların azyaşlı, 2016-cı il təvəllüdlü övladı Aynur isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə