Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb

Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb. APA-nın verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub. Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə