Sabirabadda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan xəbərə görə, Sabirabad rayonu, Narlıq kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin tavanı 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə