Sabirabadda yanğın hadisəsi olub

11 Dekabr 2017 06:18 (UTC+04:00)

Sabirabadda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan xəbərə görə, Sabirabad rayonu, Narlıq kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin tavanı 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.