Gəncədə “Niva” avtomobili yanıb

Gəncə şəhərində yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, “Niva” markalı avtomobil idarəetməni itirib. Səkiyə çırpılan maşın aşıb, daha sonra yanıb. Avtomobildə olan 1998-ci il təvəllüdlü Abbasov Cavanşir Naqif oğlu və 1999-cü il təvəllüdlü Həsənov Həsən Rizvan oğlu müxtəlif bədən xəsarəti alıb. Onlar xəsatəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Ilham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə