Lənkəran sakinini qatar vuraraq öldürüb

Lənkəranda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub. APA-nın cənub bürosunun verdiyi məlumata görə, o, Lənkəran şəhər sakini 1995-ci il təvəllüdlü Tural Rıza oğlu Hüseynlidir. Məlumata görə, T.Hüseynli dəmir yol xəttini keçmək istəyərkən qulaqcıqdan istifadə edib. Hadisə zamanı Astara-Bakı marşrutu üzrə hərəkət edən qatar bir saatdan çox saxlanılıb. Hər iki maşinist müayinədən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə