Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Tovuz rayonunda bədbəxt hadisə baş verib. Trend-in məlumatıına görə, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.

Kənd sakini, 2006-cı il təvəllüdlü Alıyeva Lalə Şakir qızı yaşadıqları həyətdə qoz ağacından yıxılıb. Hadisə nəticəsində 11 yaşlı qızın qarnına ağac batıb. Yaralı sol qarın nahiyəsinin deşilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan xəstə dərhal əməliyyata götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə