Yanan xəstəxanada ölən və xəsarət alan yoxdur RƏSMİ AÇIQLAMA

Yevlax Mərkəzi Rayon Xəstəxanasında baş verən yanğın söndürülüb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyə olunub. Ölən və xəsarət alan yoxdur.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə