Aksiz markasız 32 min ədəd siqaret aşkar edilib

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizəşöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90TT380 nömrə nişanlı, "Niva" markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanılıb.

SİA-nın verdiyi məlumata görə, həmin nəqliyyat vasitəsinə baxış zamanı, yuk yerində üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 15.000 ədəd "De Santıs White" və 17.000 ədəd "Cavallo Play" markalı siqaretlər askar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə