İnterpol azərbaycanlını axtarır

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. SİA-nın məlumatına görə, 1987-ci il təvəllüdlü Elçin Pirişov dələduzluqda təqsirləndirilib.

Azərbaycanın məhkəmə orqanı tərəfindən barəsində həbs qəti imkan tədbiri seçilən E.Pirişov istintaqdan yayındığı üçün onun axtarışa verilməsi barədə qərar çıxarılıb. Həmin qərar əsasında E.Pirişov İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə