Oleq Tarasov: "Seçki prosesi qanun çərçivəsində keçirilir"

“Səsvermə kənar şəxslərin müdaxiləsi olmadan yaxşı səviyyədə keçir”. Bunu SİA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsində MDB-dən olan müstəqil müşahidəçi Oleq Tarasov deyib.

Müşahidəçi qeyd edib ki, yerli və beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermənin gedişini izləyirlər: “Səsvermə saat 08.00-da başlayıb və hər şey qaydasındadır. Hər sey ümumilkidə sakit və normal keçir. Heç bir qayda pozuntusu müşahidə edilməyib. Ümumi fikir Müstəqil Dövlətlər Birliyini və Avropa Birliyinin konfransında qeyd ediləcək. Hazırda hər şey qanun çərçivəsində keçirilir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə