Qarabağ veteranlarının seçimi İlham Əliyevdir

YAP Səbail rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində Qarabağ veteranları ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev açaraq qeyd edib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır.

"2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatları dərinləşdirib, ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığı təmin olunub. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər ölkəyə rəhbərlik etdiyi dövrdə iqtisadi uğurlar, iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qeyri-neft sektorunda inkişafın sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və regionlarda sahibkarlığın, istehsal, sosial infrastrukturların inkişafı, ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli şəkildə azaldılması və s. kimi nailiyyətlər əldə olunub", deyə rayon təşkilatının sədri bildirib.

Ş.Hacıyev qeyd edib ki, ölkəmizdə müharibə əlilərinə, veteranlara da dövlətimiz tərəfindən böyük qayğı ilə yanaşılır. Onların həyat səviyyəsinin yüksəlməsi, sosial təminatı ilə bağlı ardıcıl işlər görülür, mənzil probemləri və s. həllini tapmış olur.

O, qayğı ilə əhatə olunan Qarabağ veteranlarını 11 aprel tarixində keçiriləcək prezident seçkilərdə fəal iştirak etməyə və gələcəyimizin daha da firavan, xoş olması naminə Yeni Azərbaycan Partiaysının namizədi Cənab İlham Əliyev səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilərdən Yura Qaraqanov, Xətai Baxışov və başqaları vurğulayıblar ki, Qarabağ veteranları həmişə dövlətə və dövlətçiliyə sədaqətləri ilə seçilmişlər. Qeyd olundu ki, respublikamızda hökm sürən ictimai-siyasi sabitliyə, iqtisadi yüksəlişə, hakimiyyətlə xalq arasındakı vəhdətə görə, Cənab Prezident İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə