335 abituriyent elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib

Avqustun 6-sı saat 17:30-a olan məlumata görə, 57 mi 772 abituriyent (o cümlədən 12 min 118 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiqləyib. 335 abituriyent isə ixtisasları elektron ərizəsində qeyd edib yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılmayacaq və bu gün saat 23:59-da başa çatacaq.

Abituriyentlərin (həmçinin subbakalavrların) nəzərinə bir daha çatdırılır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

İxtisasları seçib hələ təsdiqləməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlər qeyd olunan vaxtadək ərizələrini təsdiq etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...