Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Komitə sədri bu məbləğin artırılmasının zəruri olduğunu qeyd edib: “2015-ci ildə ölkədə ehtiyac meyarının yuxarı həddi 105 manat idi. 2017-ci ildə ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Ötən il də bu məbləğ 116 manat idi”.

Qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə