Rusiyanın beynəlxalq qızıl rezervləri 0,72 faiz artıb

Rusiyanın beynəlxalq qızıl rezervləri cari ilin iyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,72 faiz artıb.

Ölkənin qızıl rezervləri avqust ayının 1-nə 1729,4 ton təşkil edib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı ilin əvvəlindən 115,15 ton qızıl alıb. Belə ki, iyunda bu rəqəm 9,33 ton, mayda 21,8 ton, apreldə 6,2 ton, martda 25 ton, fevralda 9,3 ton, yanvarda 31,1 ton olub. Bununla bərabər, iyulda rezervlərin dəyəri 1,8 faiz bahalaşaraq 70,04 milyard dollar olub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə