Sabah Tallinndəki Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçiriləcək. “Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin “Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçiriləcək konsertdə Xalq artisti, pianoçu Yeganə Axundova, skripkaçı Ümidə Abbasova, tarzən Atabəy İsmayılov, bəstəkar və pianoçu İlahə İsrafilova və pianoçu Fəqan Həsənli iştirak edəcəklər. Konsertdə Azərbaycan və Estoniya bəstəkarlarının əsərləri səsləndiriləcək.
SİA-nın məlumatına görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün ilk qrant müsabiqəsini qazanıb. Məqsəd Azərbaycan musiqisini beynəlxalq aləmdə təbliğ etmək, ölkənin gənc istedadlarını tanıtmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə