"Bərpa işlərində yerli mütəxəssislər də iştirak edəcək" - AÇIQLAMA

"Bir müddət əvvəl Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidində təmir-bərpa işlərinin aparılması haqqında niyyət məktubu imzalanıb. Yaxın vaxtlarda layihə sənədləri hazırlanacaq, sonra isə həmin tarixi abidələrin bərpasına başlanılacaq. Bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında TİKA tərəfindən həyata keçiriləcək". Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov açıqlamasında deyib.

Qeyd edilib ki, Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa işlərində yerli mütəxəssislər də iştirak edəcəklər. İki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də sıx əməkdaşlıq edilir: "Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihə olacaq. TİKA ilə əməkdaşlıq bu iki tarixi abidənin bərpası ilə yekunlaşmayacaq. Əldə olunan razılaşmaya əsasən, bu sahədə əməkdaşlıq davam etdiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə