ADGTT-nın kollektivi Fəxri fərmanlarla mükafatlandırıldı FOTO

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi (MİHİRK) Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüşüb.

SİA-nın məlumatına görə, görüşdə MİHİRK-nin sədri Cəmilə Səttarova, teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov iştirak edib. Görüş zamanı teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr aparılıb, teatrın fəaliyyətindəki yeniliklər diqqətə çatdırılıb. Sonda milli teatr sənətinin inkişafındakı xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və doğum günləri münasibətilə teatrın bir qrup əməkdaşı aktyorlar Əməkdar artistlər Nübar Novruzova, Vahid Əliyev, Bəxtiyar Kərimov, Ələsgər Qurbanəliyev, Rəzzaq Məmmədov, texniki işçilər Dürdanə Şükürova, İradə Mirişli, Esmira Mirzəyeva və Bəhmən Rzayev Fəxri fərmanlarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə