Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq

Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə dekabrın 19-da “Muğam klub”da tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbir çərçivəsində Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş rəsm sərgisi açılacaq.

Həmçinin UNESCO üzrə Azərbaycan Milli Komissiyasının sədr və sədr müavinlərinin çıxışları dinləniləcək, UNESCO-nun Yubileylər Proqramına daxil edilmiş Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə