Qüdsdə qanlı toqquşma: 3 fələstinli ölüb

Qüdsdə Məbəd dağında yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında qarşıdurma olub. Axar.az xəbər verir ki, nəticədə 3 fələstinli ölüb, 200-dən çox fələstinli isə xəsarət alıb. Qarşıdurma zamanı 4 asayiş keşikçisi yaralanıb, 9 aksiyaçı isə saxlanılıb.

Qeyd edək ki, kütləvi iğtişaşlara Əl-Əqsa məsçidi yaxınlığında metal detektorlarının quraşdırılması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə