Neyləyim, deyəcəksiniz ki, bu bitkin və mükəmməl ifadələr nə yaxşı ki, bizə gəlib çatıb. Yoxsa ölkəmizin havasını alan, suyunu içən, haramları olsun, çörəyini yeyən bu satqıqlara ürəyimizi sərinləşdirən bu mükəmməl ifadələr imdadımıza çatır. "İpiqırıq"lara bel bağlamaq olmaz" atararımızın sözünə qüvvət. Bu gün Cəmil Həsənli, Ə.Kərimli, İsa Qəmbər, Arif Hacılı, Leyla Yunus, Xədicə İsmayıl və bu kimi "ipiqırıqlar", satqınlar, çörəyi dizinin üstündə olanlar dağıdıcı deyilən bir çirkab qoxusu verən zibil qutusunuda eşələnəcəklər.

Elə götürək çörəyi dizinin üstündə olan Cəmil Həsənli kimiləri bu gün belələri dövlətin verdiyi o çörəyin qədrini bilmirlər. Elə buna görə də qalıblar odla-su arasında. Son günlər Ə.Kərimli ilə aralarında yaranan soyuqluqdan narahatlılıq keçirən Cəmil Həsənli indi bilmir nə etsin. Bəs belə olan halda, niyə satqın Ə.Kərimlinin maüdafiəsinə qalxırsan? Mən də heç yerində sual etmədim. İt itin ayağını tapdalamaz. Ancaq "Milli Şura" sədrinin bu hala düşməsinə mat-məəttəl qalıram. Çünki bu, o Cəmil Həsənlidir ki, 2013-cü ildən dünənə kimi söyüş, böhtan və şər tuluğuna çevrilmişdi. Bəs indi nə oldu Əli Kərimlinin qarşısında ikiqat əyilir? Nə bilirdin, belə də olmalı idi. 10 il deputat ola-ola, 70-i keçən yaşında Ə.Kərimlini Albert Eynşteynlə müqayisə edəndə, bilmirdin ki, axırı belə olacaq? Ancaq səni də qınamıram. Hər ikiniz bir bezin qırağısınız- satqın, xəyanətkar, cinayətkar görkəmində. Deyir hər fəslin öz "qəhrəman"ları olduğu kimi, AXCP-də də hər dövrün öz "öncül"ləri var.

Əgər oxucularımızın yadındadırsa, bir neçə il bundan öncə, Gözəl Bayramlı da AXCP sədrini tərifləyib, onun Nelson Mandella ilə müqayisəsini aparırdı. Ancaq rəhmətlik Həsən Kərimovun bir dəfə bu cür bənzətmələrə və oxşatmalara etiraz etməsi, cəbhəçilər tərəfindən necə daş-qalağ edildisə, yazıq onunla da, oturdu yerində, heç cınqırını da çıxarmadı. Ən məzəlisi isə, Nurəddin Məmmədlinin rusiyalı müxalifətçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onunla müqayisə etməsi idi: "Nemtsov Əli bəyə qibtə edirdi..." Buyurun, indi də C.Həsənli onu A.Eynşteynlə bir tərəziyə qoyur. Bax, bu yerdə deyirlər ki, həyasızlığın son nöqtəsi. Ay Cəmil bəy, heç olmasa, belə bir iddia ilə çıxış edəndə, öz yazdığın "Ağ ləkələrin qara kölgəsi" cızma-qaranı gözünün qabağına gətirəydin. Adları çəkilənlərin hamısı siyasətdə, elmdə uğur qazanmış və bütün dünyanın tanıdığı şəxslərdilər. Bəs Ə.Kərimli kimdir? Sənin kimi, Ə.Kərimli də xəyanət, qisaslar, intriqalar toplusu deyilmi? Belə bir ifadə var: bəzi itlər onu yemləyənin əlini dişləyər, onu təpikləyənin isə çəkməsini yalayar. AXCP sədri Ə.Kərimli və onun "banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsa da, həmişə sözləri əməllərinə zidd olub. Ə.Kərimlinin siyasi karyerası, əslində, sonsuz xəyanətlər, qisaslar, intriqalar toplusudur: o, Azərbaycanda hakimiyyətə gəlmək üçün ölkənin və millətin düşmənləri ilə də separat danışıqlar aparıb, sövdələşib, "maliyyə dəstəsi" və qrantlar qismində paylar alıb, üzərinə öhdəliklər götürüb, sonra hakimiyyətlə danışıqlara can atıb, yenə vədlər verib, amma sonda hamını aldatmağa çalışıb.

Ayıbdır, belə müqayisələr aparmaqdansa, abırınıza qısılın. Belə müqayisəsini aparmaq isə, sadəcə, düşüklük və çarəsizlikdir.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə