Belarus Ukraynaya qarşı vuruşurmu..?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarusun müttəfiqlik münasibətləri çərçivəsində Ukraynada xüsusi hərbi əməliyyat keçirməkdə Rusiya Federasiyasını dəstəklədiyini bildirib.

SİA-nın “İnterfaks”dan əldə etdiyi məlumatına görə, Peskov Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkənin xüsusi hərbi əməliyyatlarda iştirakı ilə bağlı bəyanatı ilə bağlı sualı cavablandırıb.

“...Belarus bizim müttəfiqimizdir, bizim tərəfdaşımızdır, onunla birlik dövlətimiz var. Və təbii ki, bu İttifaq dövləti çərçivəsində və müttəfiqlik münasibətləri çərçivəsində çox sıx qarşılıqlı əlaqə mövcuddur”, - Peskov bildirib.

Qeyd edək ki, Lukaşenko bir qədər əvvəl hərbi təhlükəsizlik məsələləri ilə bağlı keçirilən görüşdə... “Biz orada iştirak edirik. Biz bunu gizlətmirik. Amma biz heç kimi öldürmürük. Biz ordumuzu heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq”-deyə bildirib.

Lukaşenko vurğulayıb ki, Belarus münaqişənin onun ərazisinə keçməsinin qarşısını almağa, həmçinin “Polşa, Litva və Latviyanın xüsusi hərbi əməliyyatı adı altında Belarusa zərbə endirməyə” çalışır.

“...Dediyim kimi, Belarus ərazisindən heç kim rusları arxadan güllələməyəcək. Bu, bizim iştirakımızdır”, - deyə Lukaşenko bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə