Türkiyə Xarici İşlər Nazirliyi Məscidül-Əqsaya edilən hücumları pisləyən bəyanat yayıb. SİA xəbər verir ki, bəyanatda İsrail hakimiyyətinə təcili olaraq lazımi tədbirlər görməyə çağırış edilib.
Bəyanatda bildirilir: "Radikal İsrail qruplarının işğal altında olan Şərqi Qüdsdə İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya basqın etməsini pisləyir və qəbuledilməz hesab edirik. Bu, Məscidül-Əqsa və onun müqəddəsliyini pozur. Biz İsrail hakimiyyətini təhdid edən bu təcrübələrə yol verilməməsi və gərginliyin artması üçün dərhal lazımi tədbirlər görməyə çağırırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB